📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin müdafiə naziri tezliklə İranı vuracaqlarını bəyan etdi

2024-10-15 18:18:47

İsrailin müdafiə naziri tezliklə İranı vuracaqlarını bəyan etdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant tezliklə İrana cavab hücumu edəcəklərini bəyan edib. "The Times of Israel" nəşrinin yazdığına görə, Yoav Qalant Qəzzada saxlanılan girovların qohumlarına İrana dəqiq və ölümcül zərbələr endirəcəyini vəd edib.
Bəlli olduğu kimi, oktyabrın 1-də İran HƏMAS, "Hizbullah" və SEPAH liderlərinin öldürülməsinə cavab olaraq İsailə ardıcıl raket zərbələri endirib.
Hürr Tərcüman