📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 19 nəfər ölüb

2025-05-05 09:48:21

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 19 nəfər ölüb

İsrailin Qəzzanın şimalına endirdiyi zərbələr nəticəsində azı 19 nəfər ölüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu bu gecə Qəzza və Beyt Lahia şəhərlərində yaşayış binalarına zərbələr endirib.

Hücum nəticəsində 15 nəfər yaralanıb, itkin düşənlər də var.

APA