İsrailin Romadakı səfirliyi fəaliyyətini dayandırdı
2024-04-05 20:07:50
İsrailin İtaliyanın paytaxtı Romadakı səfirliyi fəaliyyətini dayandırıb.
Bu barədə "LaPresse" məlumat yayıb.
Səfirliyin İrandan gələn təhdidlərlə əlaqədar bağlandığı bildirilib.
Qeyd edək ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik korpusun yanındakı binaya zərbə endirib. İsrail hakimiyyəti İrandan gələn təhdidlərlə bağlı müxtəlif ölkələrdəki 28-ə yaxın diplomatik nümayəndəliyini bağlayıb. \\Axar.Az