📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin sabiq milli təhlükəsizlik rəsmisi: “İranla müharibəyə Amerikasız hazır olmalıyıq”

2023-04-14 11:27:00

İsrailin sabiq milli təhlükəsizlik rəsmisi: “İranla müharibəyə Amerikasız hazır olmalıyıq”

İsrailin keçmiş təhlükəsizlik orqanı rəsmisi Yaakov Amidrorun dediklərinə görə, dünyanın dəyişdiyi bir vatda fonunda İranın sabitliyi pozan fəaliyyətləri daha da kəskinləşib.
O, aprelin 13-dəki çıxışında deyib ki, İranla müharibə ehtimalı getdikcə artır və biz elə bir istiqamətə doğru gedirik ki, hətta məcburiyyət qarşısında qalaraq ABŞ-ın köməyi olmadan İrana hücum edə bilərik.
O, eyni zamanda ABŞ-in İsrailə kömək etmə öhdəliyi ilə bağlı şübhələrini ifadə edərkən vurğulayıb: “Amerika proseslərdə iştirakı baxımından artıq əvvəlki Amerika deyil və iranlılar da bunu görürlər. ABŞ-ın problemləri Yaxın Şərqin problemlərindən daha çoxdur. Hazırda dünyanın İsrailə baxışı dəyişib”.

Ülviyyə, Hurriyyet.az