📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Suriyadakı ekoloji terroru: Təyyarələrdən kimyəvi maddələr atılır

2026-02-12 12:10:19

İsrailin Suriyadakı ekoloji terroru: Təyyarələrdən kimyəvi maddələr atılır

İsrailin Suriya sərhədi boyunca kənd təsərrüfatı torpaqlarına yüksək konsentrasiyalı zəhərli pestisidlər püskürtməsi bölgədə ekoloji və humanitar narahatlıqları artırıb.

Publika.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu təyyarələrdən kənd təsərrüfatı torpaqlarına kimyəvi maddələr ataraq bir çox əkin sahələrinə zərər verib. Rəsmilər İsrail hücumlarının xüsusilə Qolan təpələri ətrafındakı ərazidə cəmləşdiyini bildiriblər.

Məlumata görə, İsrail təyyarələri bölgədə göründükdən bir həftə sonra məhsullar sarı və qəhvəyi rəngə çevrilib.

Ökədə bu hadisənin potensial olaraq qida çatışmazlığına səbəb olması ilə bağlı narahatlıqlar artıb.