📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin Ukraynadakı səfirliyi işini dayandırıb - SƏBƏB

2022-01-31 20:26:00

İsrailin Ukraynadakı səfirliyi işini dayandırıb - SƏBƏB

“İsrailin Kiyevdəki səfirliyi növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb. Bu addım idarənin həmkarlar ittifaqı komitəsinin diplomatların iş şəraitinin yaxşılaşdırılması məqsədilə keçirdiyi etiraz aksiyaları ilə bağlıdır”. Bu barədə İsrail mətbuatı məlumat yayıb.

Həmkarlar ittifaqı komitəsinin nümayəndəsi qeyd edib ki, ölkənin Maliyyə Nazirliyi səfirlik əməkdaşlarının tələbinə məhəl qoymamaqda davam edir.

Maraqlıdır ki, səfirliyin işini dayandırmaq qərarı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı gərginlik dövründə verilib. \\virtualaz.org