📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin vertolyotu Qəzzada qəzaya uğradı - ölənlər var

2024-09-11 12:20:01

İsrailin vertolyotu Qəzzada qəzaya uğradı - ölənlər var

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin Hərbi Hava Qüvvələrinin vertolyotu Qəzza bölgəsinin cənubunda yerləşən Rəfah şəhəri ərazisində qəzaya uğrayıb, ölənlər və yaralananlar var. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Məlumatda qəza nəticəsində İsrailin iki hərbçisinin öldüyü, yeddi nəfərin isə yaralandığı bildirilir. Qəzanın səbəbləri araşdırılır. İlkin məlumata görə, vertolyot döyüşdə vurulmayıb.
Söhbət İsraildə "Yanşuf" kimi tanınan, ABŞ istehsalı olan "UH-60 Black Hawk" markalı çoxhədəfli vertolyotdan gedir. Vertolyot Qəzzada yaralanmış israilli hərbçini xəstəxanaya çatdırmaq üçün gecə saatlarında havaya qalxıb, Rafah ərazisində enməyə cəhd göstərərkən qəzaya uğrayıb. 
Hürr Tərcüman