İsrailin xarici işlər naziri Bakıya gələcəyi tarixi açıqladı
2023-03-29 14:09:00
Hurriyyet.az xəbər verir ki, İsrailin Müdafiə naziri Eli Kohen cari ilin aprel ayında Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib. Martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Kohen deyib: “Böyük nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfərimiz olacaq. Səfər zamanı ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini müzakirə edəcəyik”.
İsrail mətbuatı ölkənin XİN rəhbərinin Bakıya səfərinin 18-19 aprel tarixində baş tutacağını yazıb. Xəbər verildiyi kimi, bu gün Tel-Əvivdə Azərbaycan səfirliyi açılıb.
Hürr Tərcüman