📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin XİN rəhbəri Koen Türkmənistan prezidenti ilə görüşüb

2023-04-20 10:57:00

İsrailin XİN rəhbəri Koen Türkmənistan prezidenti ilə görüşüb

İsrailin xarici işlər naziri Eli Koen Türkmənistan prezidenti Berdiməhəmmədovla görüşüb. Tərəflər ölkələr arasında əlaqələrin gücləndirilməsini müzakirə ediblər və Berdiməhəmmədov Türkmənistanın İsraildə səfirliyinin açılması imkanını nəzərdən keçirəcəyini bildirib.
“Türkmənistan İranla həmsərhəd strateji baxımdan yerləşən enerji mərkəzidir və ölkələr arasında əlaqələrin gücləndirilməsi təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa töhfə verəcək”, deyə Koen Twitter hesabında yazıb.

Ülviyyə, Hurriyyet.az