📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailli ekspertdən maraqlı AÇIQLAMA: İran-Rusiya ittifaqına qarşı İsrail-Türkiyə ittifaqı qurulur.

2022-12-14 13:23:00

İsrailli ekspertdən maraqlı AÇIQLAMA: İran-Rusiya ittifaqına qarşı İsrail-Türkiyə ittifaqı qurulur.

İran üçün Rusiyanın dəstəyi fundamental məqamdır. Bu fikri İsrailli iranşünas Mixail Borodkin səsləndirib. 
O hesab edir ki, İranla Rusiyanın işbirliyi ilk növbədə, Qərbə və ABŞ-a qarşı birgə mübarizədir. Amma daha bir təmas nöqtəsi var - Cənubi Qafqaz. İran ümid edir ki, Rusiya Federasiyasının köməyi ilə özünün qatı düşməni olan İsrailin davamı hesab etdiyi region ölkələrinin ərazilərinə, xüsusən də Azərbaycana təsirini gücləndirəcək. Eyni zamanda, Azərbaycan prezidenti Türkiyə ilə İsrailin ortaq dil tapmasına kömək edə bildi və hər iki dövlətin münasibətlərin istiləşməsinə töhfə verdi. Beləliklə, ekspertin fikrincə İran-Rusiya ittifaqına qarşı İsrail-Türkiyə ittifaqı qurulur.

Ülviyyə, Hurriyyet.az