İsrailli hərbi ekspertdən AÇIQLAMA: Bütün güclər, o cümlədən İran müharibəyə girəcək!
İsrailin işğal rejimi ilə Hizbullah arasında genişmiqyaslı müharibənin qarşısının alınmasının açarı işğal rejiminin Həmas ilə münaqişəni dayandırmasıdır. Bunu “Haaretz” qəzetinə danışan hərbi ekspert Yoram Şvaytser deyib.
Şvaytser işğal rejiminin 'özünü xilas etməsinin' yeganə yolunu atəşkəsdə görsə də, mümkün Livan müharibəsində İran da daxil olmaqla Yaxın Şərqdən vəkalət qüvvələrin bölgəyə gələcəyini və bu vəziyyətin Tel-Əviv üçün fəlakətə səbəb olacağını xatırladıb.
Bu qrupların ən mühümü Ənsarullahdır. 100 min nəfərdən çox ordusu olan Ənsarullahın inventarında paytaxt Sənadan minlərlə kilometr uzaqlıqda işğal rejimini vura biləcək ballistik raketlər, silahlı pilotsuz uçuş aparatları və hətta döyüş təyyarələri var.
Ülviyyə, Hurriyyet.az