📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailli hərbi heyət Bakıdadır...

2023-09-20 10:59:36

İsrailli hərbi heyət Bakıdadır...

Qarabağda antiterror əməliyyatının başlamasından bir gün əvvəl baş direktor Eyal Zamirin rəhbərlik etdiyi İsrail hərbi idarəsinin yüksək rütbəli nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə İsrail Dövlət Radiosu xəbər verib.

Azərbaycanlı həmkarları ilə məsləhətləşmələr aparılıb. Nümayəndə heyətinin üzvləri müdafiə naziri Zakir Həsənov tərəfindən qəbul edilib. General-polkovnik Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından belə görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ülviyyə, Hurriyyet.az