📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailli qadınlardan iranlı xanımlara dəstək nümayişi

2022-09-28 12:57:00

İsrailli qadınlardan iranlı xanımlara dəstək nümayişi

İsrailli qadınlar iranlı qadınlara dəstək nümayiş etdiriblər. Onlar bu dəstəyi Twitter vasitəsilə nümayiş etdiriblər. 

Belə ki, Twitter-də “İsrael in persian” istifadəçi hesabı ötən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə qətlə yetirilən Məhsa Əminin şəklini tutaraq “İsrailli qadınlar iranlı qadınların yanındadır” deyən israilli qadınların videosunu yayımlayıb.

Ülviyyə, Hurriyyet.az