İsraillilər azərbaycanlı kriminal avtoritetin iranlı kuratorunu ifşa etdilər
İsrail hərbi kəşfiyyatı "AMAN"ın açıqlanmayan ruporu olan "Intelli Times" media resursu SEPAH-ın kəşfiyyat xidmətinin xüsusi əməliyyatlarını icra edən "4000" nömrəli bölmənin keçmiş rəhbərinin şəxsi məlumatlarını, yaşayış ünvanını və fotoşəkilini dərc edib. Onun adı Rza Saracdır və 58 yaşındadır.
İsraillilərin dediyinə görə, Rza Sarac Azərbaycan və Rusiya Federasiyası vətəndaşlığı olan kriminal avtoritet Orxan Əsədovun kuratoru olub. Əsədov, 28 sentyabr 2021-ci ildə Kiprdə israilli iş adamlarına hücum hazırlayarkən həbs edilib. Daha sonra Kipr hakimiyyəti Əsədovu Rusiyaya deportasiya edib. Oradan Azərbaycana qayıdıb və 2022-ci il noyabrın 2-də digər İran agentləri ilə birlikdə DTX Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
İndi "Intelli Times" əlavə edir ki, Əsədov Suriyada SEPAH-ın "Sepah-e-Qods" xüsusi bölməsinin təlimatçılarından xüsusi təlim keçib. Kiprdəki uğursuzluqdan sonra Əsədovun kuratoru Sarac "4000" nömrəli bölmənin rəisi vəzifəsindən uzaqlaşdırılıv və onu əvvəllər Suriyada "1800" nömrəli bölməyə komandirlik etmiş Cavad Cəfəri əvəzləyib. Sarac özü xarici kəşfiyyat xidmətləri ilə əlaqəyə cavabdeh olan "800" nömrəli bölmənin komandiri təyin edilib.
Ülviyyə, Hurriyyet.az