📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraillilər baş nazirdən narazıdır – “Netanyahu məsuliyyəti öz üzərinə götürməlidir”

2023-10-20 13:15:21

İsraillilər baş nazirdən narazıdır – “Netanyahu məsuliyyəti öz üzərinə götürməlidir”

“Oktyabrın 7-də HƏMAS-ın hücumu nəticəsində çoxlu itkilərin olması İsrail təhlükəsizlik qüvvələrinin uğursuzluğu ilə bağlıdır və buna görə hazırkı baş nazir Benyamin Netanyahu açıq şəkildə məsuliyyəti öz üzərinə götürməlidir”.

Hurriyyet.az xəbər verir ki, bunu İsrailin “Maariv” qəzeti tərəfindən keçirilən sorğunun nəticəsi göstərir.

Sorğunun nəticəsinə görə, israillilərin 80%-i bildirib ki, Netanyahu 7 oktyabr uğursuzluğuna görə tabeliyində olan əməkdaşlardan nümunə götürməlidir. Bu, xüsusən də seçkilərdə baş nazirin təmsil etdiyi Likud partiyasına səs verənlərin 69%-nin fikridir.

Sorğu həmçinin göstərib ki, israillilərin 65%-i Qəzza zolağında HƏMAS terror qruplaşmasına qarşı qurudan hücumu dəstəkləyir. 21% isə bunun əleyhinədir.

Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az