İsraillilər yenidən küçələrə axışaraq Netanyahunun istefasını tələb ediblər
Hurriyyet.az xəbər verir ki,On minlərlə israilli ölkə daxilində təşkil edilən nümayişlərdə məhbus mübadiləsi razılaşması və baş nazir Netanyahunun rəhbərlik etdiyi hökumətin istefasını , erkən seçki tələblərini bir daha gündəmə gətiriblər.Paytaxt Təl-Əviv və Qərbi Qüds başda olmaqla ölkənin müxtəlif yerlərində nümayişlər keçirilib.
Əllərində İsrail bayraqları daşıyan minlərlə etirazçı baş nazir Netanyahu və hökumətindəki siyasətçilərə qarşı plakatlar və pankartlar qaldırıb, küçədə qurulan platformada hökuməti tənqid edən çıxışlar edilib.Hayfada Kərkur qovşağında toplaşan yüzlərlə nümayişçi Qəzza zolağında 4 əsiri İsrail ordusu tərəfindən xilas edilməsini qeyd edib ancaq Qəzza zolağında hələ də əsir olan israillilərin unudulmamasına çağırış ediblər.''Yedioth Ahronoth'qəzetinin məlumatına görə, İsrail polisi asayişi pozduqları üçün Karkur qovşağında 3 nümayişçini saxlayıb.