📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İSTANBUL ARDICIL İKİ DƏFƏ SİLKƏLƏNDİ - Türkiyədə seysmik aktivlik + FOTO/VİDEO

2023-12-04 21:20:36

İSTANBUL ARDICIL İKİ DƏFƏ SİLKƏLƏNDİ - Türkiyədə seysmik aktivlik + FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata görə, zəlzələnin maqnitudası 5,1 olub və İstanbulda, həmçinin Bursa şəhərinin Mudanya mahalında da hiss olunub.

Zəlzələnin episentrinin isə Mərmərə dənizinin Gemlik körfəzi olduğu qeyd edilib.

5,1 ballıq zəlzələdən cəmi üç dəqiqə sonra bölgədə 4,5 ballıq daha bir zəlzələ baş verib.