📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstanbul boğazında fərqli mənzərə - Dəniz qəhvəyiyə boyandı-Fotolar

2026-10-17 14:37:20

İstanbul boğazında fərqli mənzərə - Dəniz qəhvəyiyə boyandı-Fotolar

Ardıcıl bir neçə gün davam edən fasiləsiz leysan İstanbul boğazının bəzi hissələrində dəniz suyunun rənginin dəyişməsinə səbəb olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna selin qurudan gətirdiyi palçıqlı suyun dəniz suyuna qarışması səbəb olub.

Xüsusilə İstanbulun Eminönü bölgəsinin sahillərindən dənizin təxminən 200 metr içərilərinə qədər suyun rəngi qəhvəyiyə boyanıb. 

Bu dəyişiklik Eminönü sahillərindən Topqapı Sarayına qədər uzanan ərazidə müşahidə edilib.

Həmin görüntüləri təqdim edirik: