📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstanbul-Moskva aviareysi təxirə salındı, sərnişinləri təyyarədən düşürdülər - VİDEO

2025-01-15 09:14:58

İstanbul-Moskva aviareysi təxirə salındı, sərnişinləri təyyarədən düşürdülər - VİDEO

Yerli vaxtla saat 02:00-da İstanbuldan Moskvaya uçmalı olan "Aeroflot"a məxsus "SU-2139" təyyarəsi texniki nasazlıq səbəbindən yola düşə bilməyib.

Hurriyyet.az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.

Sərnişinlər reysin ləğvi barədə uçuşa az qalmış xəbər tutublar. Onlardan təyyarəni tərk etmələri, baqaj alınması prosedurundan və pasport nəzarətindən keçmələri istənilib.

Əvvəlcə reysin saat 09:00-da, daha sonra 16:30-da uça biləcəyi açıqlanıb. Eyn zamanda, başqa təyyarənin təqdim edilib-edilməyəcəyi də dəqiq bildirilməyib.

"Aeroflot" nümayəndələri reysin ləğvini texniki problemlərlə izah ediblər.

Oxu.az