İstanbulda Çin konsulluğunun qarşısında mitinq keçirilib
2021-12-17 17:23:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Şərqi Türküstan Alimlər Birliyi üzvləri və İstanbulda yaşayan uyğur türkləri Çin hökumətinin müsəlmanlara qarşı zülmünə etirazlarını bildiriblər.
Çinin İstanbuldakı Baş Konsulluğunun qarşısında aralarında qadınların və uşaqların da olduğu uyğur türkləri şüarlar və bayraqlarla etiraz mitinqi keçiriblər.
Şərqi Türküstan Alimlər Birliyinin başçısı Ataullah Şahyar Şərqi Türküstandakı müsəlman türklərin 72 il ərzində zülm, soyqırım və assimilyasiya siyasətinin hədəfinə çevrildiklərini söyləyib.
Hürr Tərcüman