📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstanbulda görüş xərcləri Avropada ən aşağıdır, amma...

2026-10-28 15:14:56

İstanbulda görüş xərcləri Avropada ən aşağıdır, amma...

İstanbul Avropanın 28 şəhəri arasında romantik görüş keçirmək üçün ən ucuz şəhərdir.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “Deutsche Bank Research Institute”un 2026-cı il üçün açıqladığı “Mapping the World’s Prices” hesabatında qeyd olunub.

Araşdırmaya görə, İstanbulda ikinəfərlik görüş səbəti təxminən 168 avroya başa gəlir. Avropanın 28 şəhəri üzrə orta göstərici 270 avrodur. Ən bahalı şəhərlər İsveçrədə yerləşir. Belə ki, Cenevrədə görüş səbətinin qiyməti 407 avro, Sürixdə isə 400 avrodur.

“Ucuz görüş” indeksi yalnız restoranda şam yeməyini deyil, bir şüşə şərab, bir cüt cins şalvar, bir don, iki fincan qəhvə, iki nəfərlik ortasəviyyəli restoranda yemək, iki kino bileti, ictimai nəqliyyatda iki birtərəfli gediş və taksi ilə 5 kilometrlik səfəri də əhatə edir.

İstanbulda görüş xərcləri digər Avropa şəhərləri ilə müqayisədə daha aşağı olsa da, bu heç də həmin xərclərin yerli sakinlər üçün daha əlçatan olduğu anlamına gəlmir. Belə ki, İstanbulda bu məbləğ orta aylıq xalis əməkhaqqının 16,7%-nə bərabərdir. Bu göstəriciyə görə şəhər Avropanın 28 şəhəri arasında ikinci yerdədir.

İlk sırada olan Afinada 222 avroluq görüş xərci orta aylıq xalis əməkhaqqının 19,6 %-ni təşkil edir.

Siyahıda növbəti yerləri tutan Lissabonda bu göstərici 16,3%, Budapeştdə isə 15,6%-ə bərabərdir.