İstanbulda İŞİD lideri həbs edilib
2023-03-01 11:17:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İstainbulda Asayiş İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Milli Kəşfiyyat Təşkilatı tərəfindən verilən məlumatlar əsasında 2014-2018-ci illərdə İŞİD təşkilatında Tel Abyad, Menbiç və Rakkada qondarma qazılıq fəaliyyəti ilə məşğul olan “Əbu Huzeyfə” kod adlı M.M.B.-nin İstanbulda olduğunu aşkar ediblər.
Keçirilən əməliyyat nəticəsində yaxalanan şübhəli M.M.B. həbs edilib.
Hürr Tərcüman