İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna görüşü qlobal ərzaq problemi üçün həlledici əhəmiyyətə malikdir
2023-05-03 15:28:00
Hürriyyet.az Türkiyənin “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat təmsilçisi İbrahim Kalın mayın 5-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna görüşünün kritik əhəmiyyətə malik olduğunu vurğulayıb.
Kalın deyib: “Mayın 5-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna görüşü taxıl dəhlizinin gələcəyi baxımından əhəmiyyətlidir. Görüşdə müsbət nəticə əldə edilməsə, mayın 18-dən taxıl tədarükü dayandırıla bilər. Müsbət qərar verilməsə, dünya ərzaq tədarükündə ciddi problemlər ola bilər”.
Hürr Tərcüman