📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstanbulda məktəblər bağlandı

2025-04-23 20:19:00

İstanbulda məktəblər bağlandı

Türkiyənin İstanbul şəhərində baş verən zəlzələlərdən sonra 24-25 aprel tarixlərində məktəblər bağlanacaq.

Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Təkin məlumat verib.

"Məktəblərimizdən sadəcə ikisinin çöl suvaqlarında çatlar var. Bundan başqa, hər hansı bir problemimiz yoxdur. Daxili işlər naziri ilə danışdım. Hər hansı problemli vəziyyət yaranarsa, məktəblərin toplanma mərkəzi olması baxımından bizdən sabah və sonrakı gün məktəblərdə tətil edilməsini istədilər. Biz də sabah və birigün üçün məktəbləri bağlamaq qərarına gəldik", - deyə nazir bildirib.