İstanbulda partlayış - 1 ölü, 5 yaralı
2022-10-28 12:38:00
Türkiyənin İstanbul şəhərində avtomobil sənayesi zonasında partlayış baş verib.
Hurriyyet.az “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb. Yaralılardan 1-nin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışın səbəbi hələ məlum deyil.