İstanbulda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyuldu
2022-01-25 09:47:00
Türkiyənin İstanbul şəhərində şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulub.
Hurriyyet.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya tvitter hesabında açıqlama yayıb.
O, yerli vaxtla saat 13.00-a qədər şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulduğunu açıqlayıb.
Buna əlverişsiz hava şəraiti səbəb göstərilib.