İstanbulda tramvaylar toqquşdu, 10 yaralı - Fotolar
2026-08-29 14:03:29
İstanbulda hərəkət halında olan iki tramvay toqquşub.
Hurriyyet.media “TRT Haber”ə istinadən xəbər verir ki, Zeytinburnuda Pazartekke və Topkapı dayanacaqları arasında qeydə alınıb.
Tramvayların üz-üzə toqquşduğu hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar.
Qəzanın səbəbləri hələ məlum deyil.
