İstanbulda Ukrayna və Rusiya təmsilçilərinin iştirakı ilə keçirilən dördtərəfli görüş başa çatıb
2022-07-13 22:48:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İstanbulda Rusiya, Ukrayna və Türkiyə hərbi nümayəndə heyətlərinin danışıqları başa çatıb. BMT müşahidəçilərinin də iştirakı ilə keçirilən görüşün gündəliyindəki əsas məsələ Ukrayna limanlarında qalmış taxılın təhlükəsiz daşınmasının təminatı problemi olub.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti verib. Kalender qəsrindəki danışıqların 1,5 saat davam elədiyi bildirilir.
Rusiya MN rəsmi təmsilçisi İqor Konaşenkov da öz növbəsində bəyan edib ki, Rusiya nümayəndə heyəti problemin tezliklə praktiki həllini tapması üçün təkliflər paketini hazırlayaraq təqdim edib.
Hürr Tərcüman