📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstanbulda yarım tondan çox narkotik maddə aşkarlandı

2026-03-15 15:36:22

İstanbulda yarım tondan çox narkotik maddə aşkarlandı

Türkiyənin İstanbul şəhərində yarım tondan çox narkotik maddə ələ keçirilib.

Modern.az xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi "X"dəki hesabında məlumat yayıb.

"527 kiloqram 475 qram skank maddəsi aşkarlanıb",- məlumatda bildirilib.

İş üzrə 7 şübhəli şəxs saxlanılıb.