📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İstanbuldakı terror ABŞ-ın əmri ilə törədilib, PKK, FƏTÖ, İŞİD Vaşinqtondan idarə edilir”

2022-11-15 10:58:00

“İstanbuldakı terror ABŞ-ın əmri ilə törədilib, PKK, FƏTÖ, İŞİD Vaşinqtondan idarə edilir”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin “Vətən” partiyasının rəhbəri Doğu Perinçek “Ulusal kanal”dakı çıxışı zamanı İstanbulda terror aktı törədilməsi əmrinin ABŞ-da verildiyini bəyan edib.

Bəlli olduğu kimi, Türkiyədə İstiklal küçəsində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

“Aydınlık” nəşrinin Perinçekdən gətirdiyi sitatda deyilir: “Hücumun arxasında duran qüvvə aşkardır. Tətiyi hansı terror təşkilatının çəkdiyi əsas deyil, əmri ABŞ verib”.

Perinçekin fikrincə, PKK, FƏTÖ, İŞİD və bu kimi digər terror təşkilatları Vaşinqtondan idarə edilir.

Hürr Tərcüman