📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstanbuldan Bakıya uçan təyyarə geri qayıtdı

2022-10-15 16:40:00

İstanbuldan Bakıya uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Təyyarə Bakı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Qeyd edək ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.