İstefa ver, qaç, canını qurtar!
Ölkə kubokunda əsas mübarzə hələ qabaqdadır.
Meydan yalnız indi yavaş-yavaş qızışmağa başlayıb.
Yarışın son qalibi «Qəbələ»dir. İyunda «Neftçi»ni 1:0 üstələyib, kuboku başı üzərinə qaldıran «Qəbələ»nin budəfəki yolu uzun çəkməyəcək.
Statuslu komanda 1/8 final mərhələsində «İmişli» səddini çox çətinliklə aşdı. Klubun öz yetirməsi olan Mehrac Baxşılı 90+3-cü dəqiqədə vurduğu yeganə qolla «Qəbələ»ni utancverici sonluqdan qorudu.
Elmar Baxşıyev yenə öz «amplua»sından kənar çıxmadı, qarşılaşmanın çətin keçdiyini, kubok oyunlarına xas ssenaridən söz açdı.
Amma əsas olanı demədi yenə. Demədi ki, iş yeriylə nə vaxt vidalaşacaq. Nə qədər ki bu idarəçilər oradadır və onların yanaşması dəyişməyib,
«Qəbələ»də sular durulmayacaq. İllərdir ona sədaqətlə, vicdanla xidmət etmiş baş məşqçisinə əməli dəstək verməyən funksioner klubun axırına çıxmasa, futboldan əl çəkən deyillər.
Bunlar özlərini başqa cür tanıtmadı, təəssüf ki!
//Sportinfo.az