📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstənilən müharibə Gürcüstanı məhv edəcək

2023-07-13 00:10:00

İstənilən müharibə Gürcüstanı məhv edəcək

Nüvə müharibəsi dünyanı, istənilən müharibə isə Gürcüstanı məhv edə bilər.

Bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, bu gün dünya yeni çağırışlarla, nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir. NATO rəsmiləri məsuliyyəti dərk edərək nüvə müharibəsindən yayınırlar. Gürcüstan isə istənilən müharibədən qaçmalıdır.

“NATO nüvə müharibəsindən çəkinir, biz, sadəcə, müharibədən qorxuruq. Əgər nüvə müharibəsi dünyanı məhv edəcəksə, istənilən müharibə Gürcüstanı məhv edəcək”,- Kobaxidze vurğulayıb. \\Axar.az