📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İstər Baş nazirin, istər müavinlərinin Quba-Qusarda villaları var”

2022-04-05 11:39:00

“İstər Baş nazirin, istər müavinlərinin Quba-Qusarda villaları var”

“Bakı-Quba yolunun yenidən qurulması məsələsi ilə bağlı Baş nazirin müavini ilə görüşdüm”. 

Hurriyyet.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin iclasında deyib. 

Onun sözlərinə görə, yolun təmiri ilə bağlı pul ayrılmasını xahiş edib: “Bu yolla getmək ümumiyyətlə mümkün deyil. İnsanlar bu yoldan istifadə etmək istəmirlər. Mənə deyirlər alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavinlərinin, istərsə də nazirlərin hamısının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir-iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər?”