"İstər Qarabağ, istərsə də Ermənistan erməniləri arasında həmişə nasizmə böyük rəğbət olub" - ZAUR MƏMMƏDOV
"Ermənistan baş nazirinin babası Nikolay Vartanoviç Paşinyan sovet ordusuna qarşı döyüşərək, "beçinci kolon" rolu oynayıb və faşistlərə xidmət edib"
"Məlum olduğu kimi, yeni ildən sonra İrəvanda neonasistlər yürüş ediblər, Nikol Paşinyanın ucaltdığı Njdenin və digərlərinin abidələrini ziyarət ediblər. Əslində, qeyri-adi nəsə yoxdur. Hazırda dünyada neonasizmə qarşı mübarizənin getdiyi vaxtda Ermənistanda bu, normal haldır". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.
Politoloqun sözlərinə görə, istər Qarabağ erməniləri, istərsə də Ermənistan erməniləri arasında həmişə nasizmə böyük bir eşq, rəğbət olub: "Misal üçün, Ermənistan baş nazirinin babası Nikolay Vartanoviç Paşinyan sovet ordusuna qarşı döyüşərək, “beçinci kolon” rolu oynayıb və faşistlərə xidmət edib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Nikol Paşinyanın babası sovet ordusu tərəfindən öldürülüb".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az