“İstəyirəm hamı bilsin ki..” - Video
2026-11-23 14:02:59
Həmid Hüseynzadə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək yaralanan qazilərimizdəndir.
Hurriyyet.net DOST TV-yə istinadən xəbər verir ki, aldığı xəsarət səbəbilə ona əlillik təyin edilsə də, o əvvəlki sağlamlığını bərpa etmək üçün əzm göstərib.
Səhhətindəki çətinliklərə baxmayaraq Bakı Reabilitasiya Mərkəzində aldığı reabilitasiya xidmətləri ilə əlilliyini geridə qoyaraq əmək qabiliyyətini də bərpa edib.
“İstəyirəm hamı bilsin ki, mənə əlillik yox, sağlam şəkildə həyata davam etmək lazımdır”, - deyən H.Hüseynzadə artıq əmək fəaliyyəti ilə məşğuldur.
Daha ətraflı videoda: