📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstilik tarifləri 25 qəpiyədək artırıla bilər - RƏSMİ

2022-04-15 13:28:00

İstilik tarifləri 25 qəpiyədək artırıla bilər - RƏSMİ

"İstilik tariflərini 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır".

Hurriyyet.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, xarici ekspertlər tariflərin artırılmasını təklif edir: "Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil".