📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İstirahətə getmək istəyənlərin NƏZƏRİNƏ! - Bu qadağa ləğv oluna bilər - VİDEO

2021-12-13 10:36:00

İstirahətə getmək istəyənlərin NƏZƏRİNƏ! - Bu qadağa ləğv oluna bilər - VİDEO

"Yerli mühiti və qonşu ölkələrdəki epidemioloji vəziyyəti nəzərə alaraq sərhədlərin qismən açılması təmin edilə bilər",

Hurriyyet.az-ın məlumatına görə, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir" verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, bu məsələ Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq: "Hələlik özümüz mümkün qədər qoyulan qaydalara əməl etməliyik. Bu rəqəmlər elə-belə göydən düşməyib. Yeni il şənlikləri zamanı qaydalara riayət olunmalıdır.

Sərhədlərin açılması ilə bağlı qərarlar ola bilər ki, yeni il ərəfəsində bütün dünyada yumşalmalar davam etsin".