📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İstisu" mineral su zavoduna yeni direktor təyin edildi

2025-04-30 13:02:17

Kəlbəcərdə mineral sular istehsalçısı olan "İstisu" mineral su zavoduna yeni direktor təyin edilib.

Hurriyyet.az xəbər verir ki, Fariz Aydın oğlu Sadıxov direktor təyin edilib.

Buna qədər zavoda Adil Fəxrəddin oğlu Haqverdiyev rəhbərlik edirdi.

Qeyd edək ki, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdə, Ermənistanın işğalı dövründə zavodun fəaliyyəti dayandırılmışdı.

26 iyun 2022-ci il tarixində "İstisu" mineral su zavodunun təməli qoyulub.

2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər. Zavodda suyun yenidən istehsalına başlanılıb.

"İstisu" zavodunun illik istehsal gücü 100 milyon butulkadan artıqdır.

Banker.az