📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveç də SEPAH-ı terrorçu kimi təsdiqlədi

2023-05-11 13:19:00

İsveç də SEPAH-ı terrorçu kimi təsdiqlədi

İrana beynəlxalq təzyiqlərin artmasının ardınca İsveç parlamentinin nümayəndələri Avropa İttifaqı tərəfindən SEPAH-ın terrorçu elan edilməsini təsdiqləyiblər.

İsveç Parlamentinin Xarici Əlaqələr Komitəsinin təqdim etdiyi bu plan mayın 10-də İsveç parlamentinin bütün səkkiz sağ və sol partiyası tərəfindən qəbul edilib və 349 nümayəndə buna səs verib.

Bu plana əsasən, İsveç hökuməti SEPAH-ın adının Avropa Birliyinin terrorçu siyahısına salınmasına cəhd göstərməli olub. İsveç parlamentinin İran əsilli üzvü Əliriza Axundi daha öncə bu planın İsveç parlamentində təsdiqlənməsi cəhdini açıqlamışdı.

İsveç parlamentinin bu hərəkəti İran İslam Respublikasının məhkəməsinin mayın 6-da Həbib Çəəbı “Əl Nidal” qruplaşmasının lideri olmaq və 69 nəfərin ölümü ilə nəticələnən silahlı hücumların planlaşdırılmasında iştirak etməkdə edam etdiyindən sonra baş verib.

Ülviyyə. Hurriyyet.az