İsveç karantin məhdudiyyətlərini ləğv edir
2021-09-29 16:46:00
Hurriyyet.az xəbər verir ki, bu gündən etibarən İsveçdə demək olar, bütün Kovid-19 məhdudiyyətləri ləğv edilir, indən belə vətəndaşlardan uzaqdan işləmək tələb olunmayacaq.
Hakimiyyət bunu ölkə əhalisinin yüksək səviyyədə vaksinləşdirilməsi ilə izah edir.
Peyvənd vurdurmamış şəxslərə məsafə saxlamaq və insanların sıx olduğu tədbirlərdən uzaq durmaq tövsiyə edilir.
Özündə koronavirus əlamətlərini hiss edənlərə evdə qalmaq, analiz vermək məsləhət görülür.