İsveç Macarıstanın razılığını almağa çalışır
2024-01-25 17:17:44
Hurriyyet.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya daxil olmasını müzakirə eləmək üçün macarıstanlı həmkarı Viktor Orban ilə görüşməyə hazır olduğunu bildirib.
İsveçin SVT telekanalının məlumatına görə, Viktor Orban yanvarın 23-də göndərdiyi məktubda onu Budapeştə dəvət edib. Ulf Kristersson isə cavab məktubunda Avropa Şurasının fevralın 1-də Brüsseldə keçiriləcək iclasında da görüşmək imkanlarının olduğunu qeyd edib.
Hürr Tərcüman