📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveç məhkəməsi İranın keçmiş rəsmisini "insanlığa qarşı cinayət" ittihamı ilə mühakimə edəcək

2021-07-28 18:25:00

İsveç məhkəməsi İranın keçmiş rəsmisini

İsveç məhkəməsi İranın Məhkəmə Orqanının yüksək vəzifəli məsul şəxsi (دادیار) Həmid Nuriyə qarşı ittiham irəli sürüb. "Azad İran" Teleqram kanalının verdiyi məlumata görə, o, 1988-ci ildə ölkədə siyasi müxaliflərin kütləvi şəkildə edam edilməsində əli olduğu üçün "bəşəriyyətə qarşı cinayət", "beynəlxalq qanunların pozulması" və "bilərəkdən adam öldürmə" ittihamları ilə günahlandırılır.

Qeyd edək ki, Həmid Nurinin məhkəməsi avqustun 10-daمرداد) ۱۹) keçiriləcək.

Hazırladı: Ülviyyə Şükürova