📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İsveç NATO-ya bir addım da yaxınlaşdı"

2024-01-24 08:04:09

Hurriyyet.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması barəsində qanun qəbul etdikdən sonra İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin alyansın tamhüquqlu üzvü olmağa daha bir addım yaxınlaşdığını bildirib.
Kristresson X sosial şəbəkəsindəki səhifəsində yazıb: "Bu gün biz NATO-nun tamhüquqlu üzvü olmağa bir addım da yaxınlaşdıq. Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya daxil olmasıyla bağlı səsverməsi müsbət nəticələnib".
Hürr Tərcüman