📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveç NATO-ya daxil olmaq üçün Türkiyənin qoyduğu şərtlərdən birini yerinə yetirdi

2022-09-30 21:34:00

İsveç NATO-ya daxil olmaq üçün Türkiyənin qoyduğu şərtlərdən birini yerinə yetirdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İsveçin strateji məhsullar üzrə təftiş idarəsi bu gün Türkiyəyə yenidən silah satışına icazə verən qərarını bəyan edib. Avropa mətbuatının yazdığına görə, bu, Ankaranın İsveçin NATO-ya daxil olmasını ratifikasiya etmək üçün irəli sürdüyü şərtlərdən biridir.

Türkiyənin Suriyada terrorçu kimi tanıdığı YPG/PKK qüvvələrinə qarşı əməliyyat aparması ilə əlaqədar İsveç ilə Finlandiya 2019-cu ildə Türkiyəyə silah ixracını qadağan eləmişdilər.

2022-ci il 18 may tarixində isə Finlandiya ilə İsveç NATO-ya daxil olmaq üçün müraciət etdikləri zaman Türkiyə bu iki ölkənin alyansa qoşulmasına qarşı çıxış eləmişdi. İyunun 28-də NATO sammitində Finlandiya ilə İsveç terrorçuluğa qarşı birgə mübarizə aparmağı vəd etdikdən sonra Türkiyə onların müraciətlərini dəstəkləmişdi.

Hürr Tərcüman