İsveç separatçılıqla mübarizə aparan postsovet dövlətlərini dəstəkləyəcək - milyonlarla dollar ayırdı
2024-01-08 17:31:29
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsveç Ukrayna, Moldova və Gürcüstana hərbi yardım etmək üçün 5,83 milyon dollar vəsait ayıracaq. İsveçin Nazirlər Kabinetinin açıqlamasına görə, yardım əsasən minalardan təmizləmə, böhranın nizamlanması, kibertəhlükəsizlik və təhsil sahələrində istifadə ediləcək.
Açıqlamada dəstəyin NATO-nun müxtəlif fondları tərəfindən reallaşdırılacağı bildirilir.
Hürr Tərcüman