📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsveç: “Terrorçuluqla mübarizə Türkiyə ilə ümumi hədəfimizdir”

2023-06-17 11:00:00

İsveç: “Terrorçuluqla mübarizə Türkiyə ilə ümumi hədəfimizdir”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İsveçin Xarici İşlər naziri Tobias Bilstrem İsveçin PKK da daxil olmaqla, bütün terror təşkilatlarını pislədiyini bildirib.

Parisdə səfərdə olan nazir fransalı həmkarı Katrin Kolonna ilə birlikdə mətbuat konfransı keçirib.

Bilstrem İsveçin NATO üzvlüyünə daxil olması məsələsindən danışarkən terrorçuluqla mübarizənin Üştərəfli memorandumda mühüm yer tutduğunu və bu yaxınlarda İsveçdə yeni antiterror qanununun qüvvəyə mindiyini qeyd edib. İsveçin XİN rəhbəri deyib: “Bizim Türkiyə ilə birlikdə ümumi hədəfimiz terrorçuluqla mübarizədir. İsveç PKK da daxil olmaqla, bütün terror təşkilatlarını pisləyir”.

“Anadolu Agentliyi”nin İsveçdə PKK ilə mübarizənin hansı mərhələdə olması sualına cavab verən nazir deyib: “Biz Üştərəfli memorandumla bağlı bütün öhdəliklərimizi yerinə yetirmişik və İsveç polisi ilə Türkiyə polisi arasındakı əməkdaşlıq xeyli irərliləyib. İsveçin PKK-ya qarşı mövqeyi tam aydındır. Biz terrorçuluqla bağlı öhdəliklərimizi yerinə yetiririk. Türkiyə ilə birgə hədəfimiz terrorçuluqla mübarizədir”.

Hürr Tərcüman