📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İsveç Türkiyənin təhlükəsizlik sahəsindəki narahatlığına şərikdir” – senatordan açıqlama

2023-06-14 08:11:00

“İsveç Türkiyənin təhlükəsizlik sahəsindəki narahatlığına şərikdir” – senatordan açıqlama

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Konqressinin Senatının Respublikaçılar blokunun lideri Mitç Makkonnell öz çıxışı zamanı İsveç hökumətinin Türkiyənin təhlükəsizlik sahəsindəki narahatlığını paylaşdığını söyləyib.

Siyasətçi Vaşinqtonda NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdən sonra “Tvitter” səhifəsində yazıb: “Hesab edirəm ki, İsveç liderləri Türkiyənin milli təhlükəsizlik sahəsindəki maraqlarını başa düşürlər və  buna hörmətlə yanaşırlar”.

Senator qeyd edib ki, İsveçin NATO-ya daxil olması alyansın maraqlarına cavab verir.

Senator deyib: “ABŞ Senatı alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitində İsveçin NATO üzrə müttəfiqi olacağına ümid edir və bunu gözləyir”.

Hürr Tərcüman