📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İsveç və Finlandiya ilə imzalanan razılaşma sadəcə başlanğıcdır" - Türkiyə lideri

2022-06-30 19:12:00

“Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu bir başlanğıcdır, dəvətdir. Əsl olan verilən sözlərin həyata keçirilməsidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”, - dövlət başçısı bildirib. \\Report