İsveçdə məktəbdə insanlara qılıncla hücum: yaralılar var
2026-08-21 20:36:44
İsveçdə insanlara qılıncla hücum edilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ölkənin mərkəzində - Fagersta bölgəsində yerləşən məktəbdə baş verib.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Xəsarət alanların sayı dəqiq açıqlanmayıb.
Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.
Polis ətraf ərazilərdə yerləşən digər 8 məktəbi də nəzarətə götürüb.
Faktla bağlı araşdırma aparılır.